Azərbaycan Türkiyə Evi (ATEV) 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibəti ilə Zabitlər bağında yerləşən Buz meydançasında uşaqlar üçün əyləncə tədbir təşkil edib.
Çıxış edən Azərbaycan Türkiyə Evinin İcraçı Direktoru Toğrul Alahverdili tədbirdə iütirak edən Bakı Atatürk Litseyinin şagirdlərini Azərbaycan Türkiyə Evinin və Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının adından təbrik edib.
Toğrul Allahverdili qeyd edib ki, uşaqların bütöv şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlətin onlara göstərdiyi qayğı və diqqətin başlıca prinsipidir.
Tədbir şagirdlərinin iştirakı ilə bayram şənliyi ilə davam etdirilib.