ADPU-da I Türkoloji Qurultayın 100 illiyinə həsr olunan beynəlxalq konfrans keçirildi - FOTOLAR
ADPU-da “I Türkoloji Qurultayın 100 illiyinə həsr olunan Dil məsələləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Tenzilerustemhanli.az xəbər verir ki, 14–15 may tarixlərində təşkil olunan konfransda Azərbaycanla yanaşı Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Koreya, Rusiya və digər ölkələrdən alim və tədqiqatçılar iştirak ediblər.
Tədbirdə çıxış edənlər 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultayın türk dünyasının elmi və mədəni birliyi baxımından tarixi əhəmiyyətini vurğulayıb, ortaq dil, əlifba və terminologiya məsələlərinin bu gün də aktuallığını qoruduğunu bildiriblər.




