15 Oktyabr 2024, Çərşənbə axşamı - 17:13

Əhməd Şəfəqin möhtəşəm konserti

10298771_492711287525232_6961728965590455357_nAzəri-Türk Qadınlar Birliyinin təşkilatçılığı ilə keçirilən konsertdə Əhməd Şəfəq “Sarı gəlin”i Tünzalə Ağayeva ilə birgə oxudu 

Vətənpərvər mahnıların mahir ifaçısı kimi tanınan bəstəkar-müğənni Əhməd Şəfəq bu gün Heydər Əliyev Sarayında “İki bədəndə bir can” adlı solo-konsert verdi. Konserti giriş sözü ilə Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı açaraq Əhməd Şəfəqin Bakıya ilk gəlişindən danışdı.

O, Ə.Şəfəqin tək müğənni kimi yox, həm də yazar kimi də tanındığını və yazıları ilə Azərbaycanı Türkiyə mətbuatında təbliğ etdiyini tamaşaçıların diqqətinə çatdırdı. Həmçinin, S.Rüstəmxanlı Əhməd Şəfəqin səsini “tarixin səsi” adlandırdı. Çıxışının sonunda S.Rustəmxanlı türk dünyasının Novruz bayramını təbrik edərək, səhnəyə Əhməd Şəfəqi dəvət etdi.

“Yaşa, Azərbaycan” oxuyan Əhməd Şəfəq səhnəyə tamaşaçıların gur alqışlarıyla buyurdu. Ifasından sonra qonaqları – Türkiyənin Azərbaycandakı səfiri Hulisi Kılıçı, Türkiyənin “Sky TV” telekanalının proqramçısı Mətin Özkanı, “Beyaz TV”dən proqramçı Nuriyyə Atabəyi, “FOX TV”nin genəl yayım yönətməni Doğan Şəntürkü, “Milliyət” qəzetinnin köşə yazarı Mehmet Tezkanı, “Bengütürk TV” telekanalının genəl yayım yönətməni Murat İdeni, “Orta Doğu” qəzetinin genəl yayım yönətməni Mehmet Müftüoğlunu təqdim etdi.

Nargini xatırlayıb kövrələn Şəfəq

Müğənni ürək sözlərini məktuba yazdığını deyib, “Qarabağ” mahnısını ifa etdi.
Daha sonra Ə.Şəfəq Bakıda olduğu vaxtlarda Sabir Rüstəmxanlı ilə şəhərimizi gəzərkən Sabir bəyə Xəzər dənizindəki adanı göstərib, həmin ada barədə məlumat almaq istədiyini deyibmiş.

“Sabir bəy adanın adı Nargin olduğunu dedi. Mənə söylədi: “Həmin adanın sizinlə tarixi əlaqəsi var. 1914-cü ildə Türkiyədə Sarıqamış əyalətində baş vermiş hadisələrdə ruslar yüzlərlə türkü əsir götürərək, Azərbaycanda Nargin adasında saxlayırdılar.

Adada qaldığı müddətdə ruslardan istifadə edən ermənilər türk əsirlərinə əzab verirdilər. Həmin dövrdə yaşamış Azərbaycan ziyalıları isə türk əsirlərinə kömək edərək, onalrı qida ilə təmin edirdilər. Hətta, bəzi əsirlərə sahib çıxmışdılar. Amma həyatını dəyişən türk oğulları da vardı”. Allah onlara və bütün şəhidlərimizə rəhmət eləsin! ” – deyə, Ə.Şəfəq bu hadisədən sonra “Sarıqamış” mahnısnı bəstələdiyini deyərərk, ifa etdi. İfasından sonra göz yaşlarını saxlaya bilməyən Ə.Şəfəq təkrarən bütün şəhidlərə Allahdan rəhmət dilədi.

Müğənni-bəstəkar “Yaşa, Azərbaycan” mahnısını yeni variantda işləyərək, müğənni Tünzalə Ağayeva ilə birgə ifa etdiyini bildirdi və səhnəyə Tünzalə Ağayevanı dəvət etdi. Ilk duet ifalarından sonra Ə.Şəfəq tarixdən gələn xalq mahnımız “Sarı gəlin”i T.Ağayevanın Azərbaycan variantında oxuyacağını, özünün isə Türkiyə variantında ifa edəcəyini dedı. Mahnı iki cur səsləndi.

Ardınca isə o, sözləri Sona Vəliyevaya məxsus olan “Qara gilə” mahnısını T.Ağayeva ilə birgə oxudu. Bununla kifayətlənməyən cütlük tamaşaçılar arasında əyləşən Azərbaycanın korifey qadın bəstəkarı Şəfiqə Axundovaya yaxınlaşaraq, görüşdülər. Ə.Şəfəq Şəfiqə Axundovanın “Nədən oldu” mahnısını xüsusi qeyd edərək, Tünzalə ilə birgə mahnını ifa etdi. Beləcə, Əhməd Şəfəq Tünzalə Ağayeva 4 mahnı oxumuş oldu.

Eşq duyğularımızın vətənidir

Konsert zamanı Əhməd Şəfəq Çanaqqala savaşına həsr etdiyi mahnını da səsləndirdi.
Konsertin sonlarına yaxın “Eşq duyğularımızın Vətənidir” deyən Əhməd Şəfəq sözləri millət vəkili Qənirə Paşayevaya məxsus olan yeni lirik mahnısını oxudu.
Ümumiyyətlə, müğənni repertuarında yer alan lirik və vətənpərvərlik ruhunda olan mahnıları səsləndirdi.

Onu da qeyd edək ki, konsert maraqlı məqamlarla da yadda qaldı. Belə ki, əksəriyyətini gənclər təşkil edən tamaşaçılar əllərin Azərbaycan və Türkiyə Respublikasının bayraqlarını yelləyərək, “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!”, “Azərbaycan-Türkiyə!” və “Qarabağ!” şüarlarını səsləndiridilər. Müğənni də tamaşaçılara laqeyd qalmayaraq, səhnədən enib onlara qoşulurdu.

Sonda isə müğənni-bəstəkar Əhməd Şəfəq “Ayrılıq” mahnısını sona qədər oxumayıb, yenidən “Azərbaycan-Türkiyə”ni ifa etdi. Bununla da konsert başa çatdı.

Məlumat üçün bildirək ki, konsert xeyriyyə məqsədilə keçirilib və əldə olunan vəsait fiziki qüsurlu uşaqlara yardımlara sərf olunacaq. Konsertin təşkilatçısı isə “Azəri-Türk Qadınlar Birliyi”dir. Layihə Azərbaycanla Türkiyə arasında dostluğu daha da möhkəmləndirmək məqsədilə təşkil olunur.

Konsertin informasiya dəstəyi Milli.Az xəbər portalına məxsusdur.

Fuad Mədətov

milli.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı