18 Aprel 2024, Cümə axşamı - 15:35

“XXI əsrdə belə bir hadisənin baş verməsi və davam etməsi insanlığın üz qarasıdır” – Tənzilə Rüstəmxanlı

İnterpress.az xəbər verir ki, bu barədə “Türk-Azəri” Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirİB.

O qeyd edib ki, Azərbaycanda insan alverinə qarşı mübarizəyə 2005-ci ildən başlanılıb və bu sahədə bir çox nailiyyətlər əldə olunub. Nazirlər Kabinetinin insan alveri qurbanları üçün təyin etdiyi kompensasiya əvvəl 33 manat idisə bu gün artıq həmin məbləğ 700 manata qaldırılıb. İnsan alverinə qarşı hər zaman ciddi mübarizə aparılmalıdır.

“İnsan alveri təkcə bizdə deyil, bütün dünyada var. Bu əlbəttə hansı ölkədə olursa, olsun buna qarşı ciddi mübarizə aparılmalıdır. O cümlədən də Azərbaycanda yadımdadır insan laverinə qarşı çox ciddi sistem qurulmuşdu və bizim indiki daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov buna rəhbərlik edirdi. Bununla yanaşı, ictimai təşkilatlarla əməkdaşlıq edirdilər. İnsan alveri deyəndə təkcə qız uşaqları deyil, oğlan uşaqlarının da adı bura aiddir. Düşünürəm ki, bu yenə də davam etməlidir. Baxmayaraq ki, bu qədər tədbirlər görülür, amma yenə bunun qarşısı yetərincə alınmayıb. Görünür bunun üçün başqa yollar da düşünülməlidir. Dünyanın bütün ölkələrində insan alveri var və buna qarşı çox ciddi şəkildə mübarizə aparılmalıdır. Qadın və qız alveri hansı millətə aid olmasından asılı olmayaraq qəbuledilməzdir. İyirmi birinci əsrdə belə bir hadisənin baş verməsi və davam etməsi insanlığın üz qarasıdır”, – deyə Tənzilə Rüstəmxanlı vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı