18 Yanvar 2021, Bazar ertəsi - 09:17

Türk Dünyası Araşdırmaları Vəqfi Tənzilə Rüstəmxanlını təbrik etdi

Türk Dünyası Araşdırmaları Vəqfi başqanı Közhan Yazqan Azərbaycan Türk Qadınlar Birliyinin (ATQB) sədri Tənzilə Rüstəmxanlını 60 illik yubileyi münasibətilə təbrik edib.

Türk dünyası üçün gördüyü işlərdən bəhs edən Közhan Yazqan müqəddəs amal uğrunda yorulmaz fəaliyyətindən dolayı Tənzilə Rüstəmxanlıya təşəkkürnamə təqdim edib.

“Türklüklə bağlı dərin bilgiləriniz, yüksək ifadə və xitab gücünüzlə Türk dünyasının Qarabağ, İraq-Suriya Türkməneli, Kipr, Krım, Qaqauz, Şərqi Türküstan və başqa yerlərdəki türk topluluqlarının məsələlərini dilə gətirərək qanayan yaralarını sarımaq üçün kürsülərdə, salonlarda ciddi cəhdlə, yorulmadan, bezmədən qorxusuzca apardığınız mübarizə və daha nələr; Turan Hocamızın bütün səmimiyyətilə “Tənzilə Sultan” deyə xitab etdiyi təbiətinizdə Türk qadınının milli, çağdaş xüsusiyyətlərini və estetik dəyərlərini zərafətinizlə təmsil etmənizə minnətdarlığımızı ifadə etmək üçün bu təşəkkürnaməni Sizə təqdim edirik”, – deyə Közhan Yazqan qeyd edib.

www.yenicag.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı