19 Aprel 2024, Cümə - 00:20

Tenzilerüstemhanlı.az-dan Elçibəylə bağlı möhtəşəm video

Azəri Türk Qadınlar Birliyi arxivini açır

Tenzilerüstemhanlı.az saytı Azəri-Türk Qadınlar Birliyinin arxivindən möhtəşəm videonu paylaşıb. Heç bir yerdə olmayan videolar Azərbaycanın canlı tarixidir.

Təqdim olunan bu video 1999-cu ildə, Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” Klubunda keçirilən konfransda qeydə alınıb. “Millət, dil və din” mövzusunda keçirilən konfransda əsas diqqət artan missioner fəaliyyətlərinə həsr olunub.

Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, sabiq prezident Əbülfəz Elçibəyin bu mövzuda çıxışının damğa vurduğu konfransda ölkənin tanınmış simaları iştirak edir.

Elçibəyin dinlə bağlı fikirlərini diqqətlə izlədikdə, Böyük Bəyin sanki günümüzdə yaşananları 15 il öncədən gördüyünün şahidi oluruq. Eləcə də, Tənzilə Rüstəmxanlının o zaman qaldırdığı problemlərə diqqət yetirilsəydi, bu gün Suriyada ölənləri, missionerlərin ovuna çevrilmiş vətəndaşları müzakirə etməzdik.

Tenzilerustemhanli.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı