26 Sentyabr 2018, Çərşənbə - 09:24

Tənzilə Rüstəmxanlı Hindistanın Azərbaycandakı səfiri Sancay Rana ilə görüşüb.

Azəri Türk Qadınlar Birliyinin və Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı,Hindistanın Azərbaycandakı səfiri cənab Sancay Rana ilə görüşüb.

Görüşdə ATEV -in icraçı direktoru diaspora üzrə ekspert Toğrul Allahverdili ATQB Beynəlxalq əlaqlələr üzrə məsləhətçisi Xəyalə Məmmədova iştirak edib Bu barədə ATEV in İçtimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tənzile Rüstəmxanlı Səfirə rəhbərlik etdiyin təşkilat haqqında məlumat verib və Hindistanın Azərbaycandakı Baş diplomatı ilə görüşdən məmnunluq ifadə edərək ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Tənzilə Rüstəmxanlı ATEV və ATQB -in fəaliyyət istiqamətləri, həyata keçirilən davamlı yeniliklər və həyata keçriləb tədbirlərdən söz açıb. ATEV və ATQB fəaliyyətində beynəlxalq əlaqələrin xüsusi yer tutduğunu və yarandığı gündən dünyanın nüfuzlu təşkilatları ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb və yaxın gələcəkdə Hindistanla bir necə beynəlxalq layihələri həyata keçirməyi təklif edib .

Hindistanın Azərbaycandakı səfiri cənab Sancay Rana Tənzilə Rüstəmxanlıya səmimi sözlərə görə öz təşəkkürünü bildirdi. Səfir Tənzilə Rüstəmxanlının təkliflərini yüksək dəyərləndirdiyini deyərək razılıq verib

Görüşdə, həmçinin qarşılıqlı əməkdaşlıq, xüsusilə bir necə hindistanlı incəsənət nümayəndələrinin , Elim və ədəbiyyat adamlarının Azərbaycana səfəri və digər məsələlər müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı