28 Mart 2024, Cümə axşamı - 20:55

Tənzilə Rüstəmxanlının “Xocalı” proqramı davam edir-Türkiyədə

img1757817“Dağlıq Qarabağ; sözdə “erməni soyqırımı” məsələsində Azərbaycan və Türkiyəni birləşdirən məqamlar; Qərbi Azərbaycan (İndiki Ermənistandan deportasiya) problemi” adlı rəhbəri olduğu layihənin həyata keçirilməsi ilə əlaqədar fevralın 17 -dən Türkiyədə səfərdə olan ATQB sədri Tənzilə Rüstəmxanlının layihə çərçivəsində düzənlənən görüş və konfransları davam etməkdədir.

Azəri – Türk Qadınlar Birliyinin informasiya xidmətindən musavat.com-a daxil olan xəbərə görə, dünən martın 1- də Samsun Bafrada Ülkü Ocaqlarının təşəbbüsü ilə gerçəkləşən Xocalı konfransı böyük bir həyəcan içində izlənilib. 20 yüz il Azərbaycan həqiqətlərindən və soyqırımlar silsiləsindən danışan söz sahibi Tənzilə Rüstəmxanlının Türkiyə ictimaiyyətinə ilk dəfə təqdim olunan yeni bilgilərlə zəngin çıxışı konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib.
 ATQB sədri sözünün sonunda sözdə “erməni soyqırımı” yalanına qarşı mübarizədə  Qərbi Azərbaycan (İrəvan mahalı – indiki Ermənistan) məsələsini yenidən gündəmə gətirilməsinin çıxış yolu olduğunu vurğulayaraq Türkiyə dövlətini, ictimaiyyətini, aydınları , bir sözlə bütün türk xalqını bu məsələdə Azərbaycanın yanında olmağa çağırıb.
Ülkü Ocaqları başqanı Hakan Eroğlu, Samsun Ülkü Ocaqları bölgə başqanı Hüseyin Kürşat Geze, Türk Eğitim Sen-nin Samsun şöbə başqanı Levent Kuruoğlunun qatqısı və dəstəyi ilə baş tutan möhtəşəm tədbir Azərbaycan və Türkiyə türklərinin qardaş və birgəliyinin bariz nümunəsinin timsalı olub.
ATQB- nin informasiya xidmətinə istinadən 22 fevral Marmara universiteti, 24 fevral Bursa İnegöl universitetində verdiyi konfranslardan sonra görüşlərinə davam edən ATQB sədri 25 fevralda Yalova universitetində və DAK həmsədri millət vəkili Sabir Rüstəmxanlının da iştirakıyla Muğla universitetində, 26 fevralda İstanbuldakı Aydın və Halic universitetlərində, 27 fevralda Amasya Türk-Eğitim Sen-də, həmçinin İSTAD başqanı Səfər Qaraqoyunlu ilə Xocalı Panelində , 28 fevralda isə Tokat Ülkü ocaqlarında yüzlərlə tələbə və müəllim heyətinin ,diğər qonaqların iştirakı ilə düzənlənən konfranslarda söz sahibliyi etmiş, geniş və əhatəli məruzələri ilə Azərbaycan həqiqətlərini məclis iştirakçılarının diqqətinə çatdırmişdir. Tənzilə Rüstəmxanlı bu məqsədlə ənənəvi- praktik təbliğat vasitəsi olaraq “İrəvandan Xocalıya; XX yüzil Azərbaycan həqiqətləri” adlı müəllifi olduğu yeni kitabını adı çəkilən bütün universitetlərin müəllim və tələbə heyətinin və iştirak edən digər qonaqların , Türk Ülkü Ocaqları təmsilçilərinin istifadəsinə və diqqətinə təqdim edib.
Bundan əlavə ATQB sədri fevralın 26 da İstanbul Ülkü Ocaqları və İstanbul Türkiyə Azərbaycan Dayanışma və Kültür Dərnəyi ( İSTAD) başqanı Səfər Qaraqoyunlu ilə birgə təşkil edilən Kadıköy Bağdad caddəsində Xocalı yürüşünə də qatılıb.
Mart ayının 3-də isə Maltepe Türk Ocağında ATQB –nin növbəti yekun konfransının keçirilməsi planlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı