15 Oktyabr 2024, Çərşənbə axşamı - 16:33

Tənzilə Rüstəmxanlıdan “Sabah” qəzetinə sərt etiraz

1 — копия

 

 

Bu gün Türkiyənin “Sabah” qəzeti Azərbaycanın müstəqilliyinə qarşı olan yazı dərc edib. Qəzetdə yer alan “3 Başkenti, 11 resmi dili ve 5 dilde ulusal marşı var!” adlı məqalədə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisi Dağlık Karabağ Cumhuriyeti kimi göstərilib.

Bu fakta öz kəskin münasibətini bildirən Azərbaycan Türkiyə Evinin başqanı Tənzilə Rüstəmxanlı bildirdi ki, bu Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti təxribat cəhdidir. Öncə CNN Türk, daha sonra isə “Sabah” qəzetində bu “səhv”in təkrarı məqsədyönlüdür. Hesab edirik ki, bu kimi yazılar Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə zərbə vurmaq istəyənlərə xidmət edir. 20 ildən artıqdır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, minlərlə azərbaycanlını girov götürüb, on minlərlə insanı qətlə yetirib. Ermənilər qoca, uşaq, qadın demədən azərbaycanlılara bəşəriyyətin görmədiyi işgəncələri veriblər.

Bu, Azərbaycana qarşı çox pis bir kampaniyanın başlanğıcıdır. Hökumətə yaxın olan bir qəzetdə, belə bir yazının getməsi, qardaş ölkəmizdə bizə qarşı törədilən ən böyük sayğısızlıq hesab edirik və düşünürük ki, bu bizim ərazi bütövlüyümzə qarşı təcavüzdür.Dünyanın heç yerində tanınmayan, qəbul edilməyən qondarma və terrorçu bir qrupun “Sabah” qəzetində müstəqil dövlət kimi təqdim olunmasını Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdid hesab edirik. Qarabağ uğrunda şəhid olan minlərlə, onmunlərlə Azərbaycan türkünün ruhuna həqarətdir. Bir an öncə “Sabah” qəzetində buna təkzib verilməsini və üzr istənilməsini tələb edirik. Hesab edirik ki, Türkiyə hökuməti də bu məsələyə münasibət bildirməli və bu kimi halların bir daha yaşanmaması üçün müvafiq addımlar atmalıdır”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı