15 Oktyabr 2024, Çərşənbə axşamı - 15:39

Tənzilə Rüstəmxanlıdan Prezidentə təbrik məktubu

prezidentbaxisMöhtərəm Prezident!

Sizi anadan olmağınızın 53 illiyi münasibəti və üçüncü dəfə Azərbaycan xalqının iradəsi ilə Prezidentimiz seçilməyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı arzulayır, Azərbaycanın qüdrətli dünya dövlətləri sırasına çıxarılması, xalqımızın xoşbəxt gələcəyinin təmin olunması naminə dəyərli fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik!

Ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasətini uğurlu şəkildə davam və inkişaf etdirməyiniz sabit və ardıcıl yüksəlişi və yeniləşməni gündəlik həyatımızın reallığına çevirmişdir. Sizin sayənizdə Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən biri və Türk Dünyasının lider dövlətlərindən birinə çevrilmişdir.

Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılması üçün həyata keçirilən düşünülmüş tədbirlər müsbət nəticələr verir. İnanırıq ki, ilk iki Prezidentliyiniz dönəmində bir çox taleyüklü məsələni həll etmək qüdrətini göstərərək, Azərbaycanımızın inkişafında mühüm rol oynadığınız kimi üçüncü Prezidentliyiniz dönəmində də xalqımızın ağrılı yeri olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə Azərbaycanın ərazi bütövlüyü prinsipi əsas alınaraq nail olacaqsınız.

Sizin nümunəvi insani keyfiyyətləriniz gözəl ailə başçısı olmağınızda da təcəssümünü tapmışdır. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, övladlarınız ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, xalqımızı düşündürən problemlərin həllinə kömək göstərirlər.

Azəri-Türk Qadınlar Birliyi əmindir ki, Sizə xas olan siyasi bəsirət və səriştə dövlətimizin müstəqillik yollarında bundan sonra da inamla irəliləməsini təmin edəcəkdir. Bu işdə biz Sizə yeni uğurlar arzulayırıq.

Dərin hörmətlə,
Tənzilə Rüstəmxanlı
Azəri-Türk Qadınlar Birliyinin sədri
Azərbaycan Türkiyə Evi başqanı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı