15 Oktyabr 2024, Çərşənbə axşamı - 16:17

Ruhunu şeytana satanlar

tenzileSöz çox önəmlidir. Sözünün sahibi olmaq, Sözünün ağası olmaq, Sözünün əri olmaq, Sözünün əsiri olmaq, bir də Namuslu Söz Sahibi olmaq…

Söz həm də onu söyləyənin mahiyyətini və xarakterini ifadə edir, onu söyləyənin kimliyini açır, anladır.

Çox çətin bir dönəmdən keçirik. Verilən sözlər nəinki tutulmur, sözlər çox ucuzlaşır – sahibləri kimi!

Namuslu sözə təcavüz edirlər, sözü namussuz etməyə çalışırlar.

Sözü öldürdülər!

Media sözlər qəbristanlığına çevrilib.

İnsanlar sözünün sahibi olmaqdansa, nəfsinin əsiri olurlar.

Dəyərli sözləri çox ucuza satırlar.

Ruhunu şeytana satanlar öz çıxarları üçün VӘTӘN, MİLLӘT sözünü öldürürlər.

Türk Milləti və Türk Sözündən bəzi nəfsinə yenilən yazar ve siyasilər rahatsız olurlar.

İman və din saxtakarları, özünüzü boşuna yormayın. Sizlərin Türk sözünü öldürməyə gücünüz yetməz!

Dünya var olma tarixini türklərə bocludur! Dünya tarixini “öldürə” bilməzsiniz. Türkü yox edə bilməzsiniz! Çünki onda özünüz yox olarsınız.

Dünyanın dəngəsini Türklər nizamlayır. Dünyanı dəngəsindən ayırmağa çalışmayın. Dünya başınıza yıxılar və altında qalarsınız…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı