20 Aprel 2024, Şənbə - 09:22

Bakıda məşhur filosof Hakan Mengüçün seminarı keçirilib – FOTOLAR

Bakıda Türkiyənin tanınmış filosofu Hakan Mengüçün seminarı keçirilib.

İnterpress.az xəbər verir ki, seminar Nizami Kino Mərkəzində baş tutub.

İlk olaraq tədbirdə çıxış edən Azərbaycan-Türkiyə Evinin (ATEV) və Azərbaycan Türk Qadınlar Birliyinin (ATQB) sədri Tənzilə Rüstəmxanlı tədbir iştirakçılarını Ramazan ayı və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətiylə təbrik edib.

“Pozitiv düşüncə və Mövlanə fəlsəfəsi” adlı seminar iki saat davam edib. Seminarda Hakan Mengüçün izləyiciləri ilə yanaşı, Dövlət rəsmiləri, millət vəkilləri, QHT, mədəniyyət və incəsənət nümayəndələri, media kapitanları da iştirak ediblər.

Maraqla qarşılanan seminarda Hakan Mengüc Mövlanə fəlsəfəsindən söz açmaqla yanaşı, ney alətində məharətini də göstərib.

H.Mengüç onu Azərbaycana dəvət etdiyi və tədbirin yüksək səviyyədə keçirilməsi üçün ATEV başqanı Tənzilə Rüstəmxanlıya təşəkkürünü bildirib.

Sonda filosof, sevənləri ilə xatirə şəkili çəkidirib.

Qeyd edək ki, H.Mengüç Azərbaycadan sevilən filosoflardandır. Onun bu seminarında iştirak etmək istəyən tamaşaçıların çox oludğunu nəzərə alaraq ATEV oktyabrda filosofun yenidən paytaxt Bakıda seminarını təşkil edəcək.

Qeyd: Seminardan sonra filosof Hakan Mengüçlə çəkilən xatirə şəkilləri onun “Facebook” səhifəsində yerləşdirilib. Linkə daxil olmaqla fotolarla tanış ola bilərsiniz: https://www.facebook.com/hakanmenguc/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı