19 Sentyabr 2018, Çərşənbə - 21:09

Avinaş Saçdev : Mən hər kəsə, xüsusən də Tənzilə xanıma çox təşəkkür edirəm

Məlum olduğu kimi bu gün Hindistanın məşhur aktyoru Avinaş Saçdevinin imza günü və fanatları ilə görüşü keçirilib.

Musavat.com bildirir ki, tədbirdən sonra aktyor media nümayəndələri ilə ayrıca görüşərək, onların suallarını cavablandırıb:

– Fanatlarınızla görüşünüzdə hansı hissləri keçirdiz?

– Mən hər kəsə, xüsusən də Tənzilə xanıma çox təşəkkür edirəm. Yəni bu qədər sevgi qarşısında sözüm yoxdur.

– Bəs belə bir tədbir Hindistanda olmuşdu?

– Bəli. Amma sanki burda, Azərbaycanda sevginin partlayışı idi.

– Siz bunu gözləyirdizmi?

– Bəli, gözləyirdim və ürəyim cuşa gəldi. Bundan əvvəl məni bir sual düşündürürdü, “Azərbaycan məni sevir?”. Bəli, gördüm ki, sevir.

– Gələcəkdə yenidən Azərbaycana gəlməyi düşünürsüzmü?

– Bəli, Azərbaycana mütləq qayıdacam, tətil məqsədi ilə. Və Azərbaycanı kəşf edəcəm.

– Bəs iş məqsədi ilə?

– Əlbəttə. Azərbaycan və türk dilini də öyrənməyi düşünürəm.

Sonda Bollivud ulduzu Azərbaycan dilində “Salam Azərbaycan, salam Bakı” deyərək jurnalistlərlə görüşünü bitirib.

Xalidə Gəray,
Musavat.com,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı