16 Dekabr 2018, Bazar - 02:58

ATEV-dən möhtəşəm proje

44444444444Türk dünyasının tanınmış sənət adamlarının Azərbaycana səfəri aprel ayının 28-də reallaşacaq

Türkiyədən tanınmış sənətçi Əhməd Şəfəq, Yakutyadan Yuliyana Krivoşapkina və Aleksandr Diaçkovski, Sordan tanınmış sənətçi Çiltis Tannaqaşeva, Altaydan İrina Kenzina, Marina Saksayeva, Qırğızıstandan Fatima Sultanova, xalq sənətçisi Kenjebek Sadırbekov bir həftə ərzində Azərbaycanda qonaq olacaq, mədəniyyət xadimləri və media mənsubları ilə görüşəcəklər.

Aktual.az xəbər verir ki, qonaqları ölkəmizə Azərbaycan Türkiyə Evi (ATEV) rəhbərliyi dəvət edib.

Türk dünyası sənətçilərinin Azərbaycana dəvət olunmasında məqsəd qədim türk mənəvi dəyərlərini yaşadan türk toplumları arasında mədəni əlaqələrin inkişaf etdirilməsi və onların tanıdılmasıdır.

Xatırladaq ki, ATEV indiyəqədər Şah İsmayıl-Sultan Səlim və Atatürk beynəlxalq konfranslarını keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı