24 Aprel 2024, Çərşənbə - 01:10

ATEV 3 oktyabr – Türkdilli Ölkələrin Əməkdaşlıq Günü münasibətilə təbrik bəyanatı yayıb

Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlının açıqlamasında bildirilir ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında 2009-cu il oktyabrın 3-də imzalanmış Naxçıvan Sazişi ilə bir təşkilat kimi formalaşmışdır. Bu mühüm sənədin imzalandığı tarixin ildönümü olan gün Türkdilli Ölkələrin Əməkdaşlıq Günü kimi qeyd olunur. Bu münasibətlə bütün türk dünyası xalqlarını təbrik edir, türkdilli ölkələrin daha güclü əməkdaşlıq və həmrəyliyini arzu edirik.

Bildirilir ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının təməlini qardaş xalqlarımız arasında ortaq tarix, mədəniyyət və dil kimi dəyərlər təşkil edir. Bu dəyərlər bölgədə və dünyada sülhə, tərəqqiyə və rifaha xidmət edəcək bir əməkdaşlıq və həmrəylik şəraitinə hakim olmasını istəyən siyasi iradənin məhsuludur.

Bəyanatda qeyd edilir ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının istər bölgədə, istərsə də beynəlxalq aləmdə layiq olduğu yer və etibarı qazanaraq Avrasiya coğrafiyasında sülh, sabitlik və rifaha mühüm töhfələr verəcəyinə inanırıq.

tenzilerustemhanli.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı