10 Dekabr 2018, Bazar ertəsi - 17:27

15 iyun olayı Türkiyə və Azərbaycan üçün bir örnək olmalıdır – Tənzilə Rüstəmxanlı

“Bu məktəbin çətin günlərinə də şahid olmuşam. Məktəbin Azərbaycanda qalması və fəaliyyət göstərməsi üçün çox əziyyətlər çəkilib. Azərbaycanın çox böyük şairi Bəxtiyar Vahabzadə başda olmaqla, bu məktəbin başında duran və onu himayə edən bir çox şəxslər var. Bu dünyada olmayanların ruhu şad olsun, qalanların da canı sağ olsun”.

İnterpress.az xəbər verir ki, bu fikirləri Azərbaycan-Türkiyə Evinin (ATEV) və Azərbaycan Türk Qadınlar Birliyinin (ATQB) sədri Tənzilə Rüstəmxanlı yeni dərs ilinin başlaması ilə əlaqədar olaraq Atatürk liseyində baş tutan tədbirdə çıxış edərkən deyib.

Tənzilə Rüstəmxanlı bildirib ki, Atatürk liseyi onun üçün türk ocağıdır: “Atatürk liseyi mənim üçün bir məktəb deyil, bu lisey türk dövlətləri, xüsusilə Azərbaycan üçün bir fəlsəfə, milli ideologiya institutudur. Bu liseyi bitirmiş şəxsləri dövlətimizin yüksək mövqelərində görəndə çox xoşbəxt oluram. Türkiyə 15 iyun olayını yaşayanda dövlətimizi qəsb etməyə çalışanlar xain məktəblər və bu şəbəkənin başında dayanan Fətullah Gülənin komandası idi. Onun görə də 15 iyun olayı Türkiyə və Azərbaycan üçün bir örnək olmalıdır. Atatürk liseyinə həm Türkiyə, həm də Azərbaycan sahib çıxmalıdır. Çünki bu məktəbdə türk maraqlarını öz maraqlarından üstün tutan, heç bir dövlətin oyuncağı olmayacaq mütəxəssislər yetişəcək. Buna əminəm və ona görə də daima bu məktəbin yanındayam. Bu məktəbin dırnağına daş dəyəndə, mənim ürəyim ağrıyır. Türkiyəni, Azərbaycanı kim sevirsə, bu məktəb onun məktəbidir”.

O bildirib ki, Türk-İslam ordusu işğalçı ordudur deyənlərə, erməni-rus kimi düşünənlərə 15 sentyabr Bakının qurtuluşunun 100 illiyi ilə əlaqədar paradda Nuri Paşa və əsgərlərinin formasını geyinmiş əsgər və zabitlərimizi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev ayaq üstə alqışlayanda cavab verildi.
“Əminəm ki, bu məktəbi bitirənlər Nuri Paşa və onun əsgərləri kimi türklərə qarşı olanların önündə dimdik dayanacaqlar” – deyə, T.Rüstəmxanlı əlavə edib.

İnterpress.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı