Bu gün çox ağır bir gündür. 9 övladımızı da şəhid verdik. Doqquz ana ağlar qaldı. Doqquz ailə üçün doqquz milyon insan ağlayır. Erməni terroru doqquz igidimizi əlimizdən aldı.
Başın sağ olsun, Azərbaycan!
İnanırıq ki, Azərbaycan xalqı bu qanı yerdə qoymayacaq və Ali Baş Komandanımız İlham Əliyevin əmrində Qarabağımızı işğaldan azad edəcəyik.
O zaman şəhid ruhları da sevinəcək…
Allah rəhmət eləsin!..
Tənzilə Rüstəmxanlı
Azəri Türk Qadınlar Birliyinin sədri