29 Mart 2024, Cümə - 17:33

Tənzilə RÜSTƏMXANLI: Ziyalısı ilə savaşanlar…

10885616_632295033542293_2359253701046590280_n

 

Dünən sosial mediada tanınmış bir vəkilin yazısını oxudum. Azərbaycan ziyalılarını duyarsızlıqda günahlandırırdı. Nədən ölkənin problemlərinin həllində iştirak etmədiklərindən yaxınıb, onları suçlayırdı.

Hansısa vətəndaş ona bu barədə şikayət etmiş və o da bundan ilhamlanıb, ziyalıları yıxıb sürüyürdü. Ancaq ona şikayət edən vətəndaş bilməsə də, hörmətli vəkil bilir ki, suçladığı ziyalılar canları bahasına bu millətin yanında və önündə olublar. Bu millətin dar günündə suçladığı ziyalıları meydanı tərk etməyiblər. O ziyalılardan biri də Sabir Rüstəmxanlı idi. Azərbaycanın müstəqillik aktına imza atanlardan birisi idi. Millətin milli vicdanının səsi olmuşdular. İndi isə onların çoxu ya Tanrı dağına uğurlanmış, ya da ağsaqqal yaşına qədəm qoyublar.

Ancaq yazınıza edilən yorumlara baxdıqca, çox heyrətləndim və acı təəssüf hissi ürəyimi sardı. Nə üçün? Azərbaycan üçün daşı daş üstünə qoymayan insanlar o ziyalıları nəinki tanımır, tanımaq belə istəmir. Bu millət üçün sinəsini sipər etmiş ziyalıları ağızlarından süd qoxusu getməmiş biriləri yaşlarına və başlarına uyğun olmayan şəkildə tənqid və təhqir edir, harada bişdiyini bilmədiyi yeməkdən çömçə-çömçə istəyirlər. Ziyalı həm şeir yazsın, həm mitinqlərdə döyülsün, həm vətəni qorumaq üçün səngərə getsin, sənin yerinə hər işi etsin, sən də əlinə keçən ilk fürsətdə onu söy, təhqir et, sözünlə öldürməyə çalış… Nə gözəl İstanbul…

Sən öncə get bir az ədəb, mədəniyyət, millətinin tarixini və dilini öyrən. Sənə bu gözəl ölkəni bəxş edənləri öyrən… Sonra təhqir etdiyin ziyalılarla türkcə danış. Bütün bunları bilmədiyin üçün farsın, rusun, erməninin dilində danışırsan, cahil!…

Vətən dediyin Azərbaycanı dünyaya sevdirən insanlara sayğılı olmağı öyrən…

Millətin ziyalısı ilə savaşmaq əvəzinə Qarabağı işğal altında saxlayan erməni ilə savaşın…

Sosial mediada erməni ilə ideoloji savaşa xərcləyin enerjinizi…

Sayğılı vəkilimizin bunları bilməyə həm yaşı, həm də başı çatır…

Allah sənə rəhmət eləsin Mirzə Cəlil…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı