19 Aprel 2024, Cümə - 09:19

“Qaşqarlı Mahmud” Türklük Ödülünün qalibləri bəlli oldu

imageAzərbaycan Türkiyə Evinin 2013-cü ildə təsis etdiyi Uluslararası “Qaşqarlı Mahmud” Türklük Onur Ödülünün bu ilki sahibləri bəlli olub. Bu barədə açıqlama verən Azərbaycan Türkiyə Evinin (ATEV) başqanı Tənzilə Rüstəmxanlı bildirmişdir ki, “hansı coğrafiyada yaşamasından asılı olmayaraq, Ortak Türk məfkurəsinə və Kültürünə xidmət edən şəxsiyyətlər üçün nəzərdə tutulan mükafat ildə bir dəfə verilir. Bu ilki nominantların adları bəllidir və həmin şəxslərə “Qaşqarlı Mahmud” Türklük Onur Ödülünə layiq görüldüklərinə dair məlumat göndərilmişdir”.

Qeyd edək ki, ATEV-dən yaxın günlərdə “Qaşqarlı Mahmud” Türklük Onur Ödülünün Təqdimat Mərasimi ilə bağlı ətraflı məlumat veriləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı