Azərbaycan Türkiyə Evinin 2013-cü ildə təsis etdiyi Uluslararası “Qaşqarlı Mahmud” Türklük Onur Ödülünün bu ilki sahibləri bəlli olub. Bu barədə açıqlama verən Azərbaycan Türkiyə Evinin (ATEV) başqanı Tənzilə Rüstəmxanlı bildirmişdir ki, “hansı coğrafiyada yaşamasından asılı olmayaraq, Ortak Türk məfkurəsinə və Kültürünə xidmət edən şəxsiyyətlər üçün nəzərdə tutulan mükafat ildə bir dəfə verilir. Bu ilki nominantların adları bəllidir və həmin şəxslərə “Qaşqarlı Mahmud” Türklük Onur Ödülünə layiq görüldüklərinə dair məlumat göndərilmişdir”.
Qeyd edək ki, ATEV-dən yaxın günlərdə “Qaşqarlı Mahmud” Türklük Onur Ödülünün Təqdimat Mərasimi ilə bağlı ətraflı məlumat veriləcəkdir.