19 Aprel 2024, Cümə - 09:01

Tənzilə Rüstəmxanlıdan bayram təbriki

68367_res_00Bu gün Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 23 illiyi qeyd edilir. Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.

Bu müstəqillik qızıl sinidə bizə bəxş edilmədi. Azərbaycan xalqı “bir kərə yüksələn bayraq bir daha enməz” deyərək, qolundakı zəncirləri qırıb atdı. Böyük Sovet İmperiyasına qarşı əliyalın mübarizə aparan qəhraman xalqımız sadəcə öz müstəqilliyini qazanmadı, digər sovet respublikalarının da bu zəncirdən xilas olmasını təmin etdi.

Bu yolda şəhidlər verdik, torpaqlarımız işğala məruz qaldı, ancaq heç bir əngəl müstəqillik uğrunda mübarizəmizin önünü kəsə bilmədi. Bu gün günü gündən inkişaf edən, çiçəklənən müstəqil Azərbaycanın vətəndaşı olaraq, dünyada söz sahibiyiksə, bunu o müstəqillik uğrunda mübarizə aparan xalqımızın mərd və vətənpərvər oğullarına borcluyuq. Vətən Sizə hər zaman minnətdardır!

Azərbaycan xalqını Milli Müstəqillik Günü münasibəti ilə təbrik edirik!

Tənzilə Rüstəmxanlı
Azəri-Türk Qadınlar Birliyinin sədri

Azərbaycan Türkiyə Evi başqanı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı