28 Mart 2024, Cümə axşamı - 13:59

Tənzilə Rüstəmxanlıdan Bayırbucaq çağırışı

ardesende-bayirbucak-turkmenleri-icin-yardim-kampanyasi-5123Bu gün Türkmən Dağı qan ağlayır. Bayırbucaq Türkmən bölgəsi rus və Əsəd təyyarələri tərəfindən bombardman edilir.  Dünya isə bu qətliama növbəti dəfə göz yumur. Türk Dünyası bu zülmə son vermək üçün nədənsə ləngiyir. Türkiyədən başqa sanki kimsəni Türkmən Dağı Qətliamı maraqlandırmır. Bu kampaniyanın bütün Türk ölkələrində start verilməsi gərəkir. Azəri Türk Qadınlar Birliyi və Azərbaycan Türkiyə Evinin başqanı Tənzilə Rüstəmxanlı bu fikirdədir:

“Bu gün Suriyadakı və İraqdakı Türkmən qardaşlarımızın bizə ehtiyacı var. Biz onlara bu gün yardım etməyəcəyik də, nə zaman edəcəyik? Bu gün Bayırbucağı unutsaq, sabah Doğu Türküstanı, sonra da digər Türk yurdlarını itirəcəyik”.

Azərbaycan türklərinə çağırış edən Tənzilə Rüstəmxanlının sözlərinə görə, “Türkün gücünü bilən düşmən davamlı olaraq, onu əsarət altında saxlamaq istəyir. Bu gün dünya türkmən soyqırımına göz yumur. Biz Azərbaycanın və Türk Dünyasının bir parçası olan Bayırbucağı sahibsiz buraxmamalıyıq. Tarix və gələcək nəsillər bu ayıbı bizə bağışlamaz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tərtibatçı: WebMark Studio

Tənzilə Rüstəmxanlı

Tənzilə Rüstəmxanlı